Kobaxidze: Gürcüstan geri addım atmayacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Avropa İttifaqı Gürcüstana təzyiq və hədə-qorxu yolu ilə güzəşt etdirməyə nail ola bilməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kobaxidze vizasız rejimin mümkün şəkildə yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələr fonunda bildirib ki, bu cür addımlar “şantaj cəhdi”dir.
“Bu, şantaj cəhdidir, amma bu cəhdlər illər ərzində o qədər dəyərdən düşüb ki, Gürcüstan cəmiyyəti artıq buna reaksiya vermir. Təzyiq və hədə-qorxu ilə nəticə əldə edə bilməyəcəklər, çünki cəmiyyət artıq baş verənləri yaxşı anlayır. Buna görə də şantaj heç bir halda işləməyəcək”, – Kobaxidze deyib.
Onun sözlərinə görə, vizasız rejimin ləğvi ilə bağlı təhdidlər Avropa bürokratiyasındakı problemləri göstərir və Gürcüstan cəmiyyətinin mövqeyinə təsir etməyəcək.
14:34 09.06.2026
Oxunuş sayı: 65