ABŞ–İran danışıqları yenidən müzakirə olunur
ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamaları yenidən diqqət mərkəzinə düşüb.
Crossmedia.az xəbər verir ki, CNN-in təhlilinə görə, Tramp ən azı 37 dəfə İranla mümkün razılaşmanın yaxın olduğunu bəyan edib. Bildirilir ki, ABŞ prezidenti bu fikri həm sosial media paylaşımlarında, həm ictimai çıxışlarında, həm də media ilə söhbətlərində dəfələrlə səsləndirib.
Telekanal qeyd edir ki, bu açıqlamalar ilk dəfə 23 mart tarixindən gündəmə gəlib. Tramp son olaraq Vaşinqton və Tehran arasında “iki həftə ərzində razılaşma əldə oluna biləcəyini” bildirib.
CNN-in dəyərləndirməsinə əsasən, Trampın bu bəyanatları maliyyə bazarlarına təsir göstərmək, optimist mesaj vermək və ya real diplomatik gözləntilərlə bağlı ola bilər. Bununla yanaşı, telekanal hesab edir ki, bu cür açıqlamalar artıq əvvəlki kimi ciddi qəbul olunmaya bilər.
14:23 09.06.2026
Oxunuş sayı: 61