Paşinyan Avropa Xalq Partiyasına üzv olmaq istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının Avropa Xalq Partiyasına (EPP) qoşulması ilə bağlı danışıqlar aparıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə *Euractiv* nəşri məlumat yayıb.
Məlumata görə, hələlik məsələ ilə bağlı rəsmi qərar qəbul edilməyib. Bununla belə, Paşinyanın bu təşəbbüsə maraq göstərdiyi qeyd olunur.
Nəşrin yazdığına görə, Avropanın ən böyük siyasi ailələrindən biri hesab olunan Avropa Xalq Partiyası bu ilin sonlarında Mülki Müqavilə Partiyasının üzvlüyünü təsdiqləyə bilər.
Qeyd edək ki, Avropa Xalq Partiyası Avropa İttifaqında fəaliyyət göstərən aparıcı mərkəz-sağ siyasi birliklərdən biridir və Avropanın bir sıra hakim və müxalif partiyalarını öz sıralarında birləşdirir.
13:19 09.06.2026
Oxunuş sayı: 61