Tramp ABŞ hərbi helikopterinin qəzaya düşdüyünü təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus hərbi helikopterin qəzaya uğraması ilə bağlı məlumatı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, bildirib ki, helikopterin ekipaj üzvlərinin vəziyyəti qənaətbəxşdir və hadisə ilə bağlı rəsmi hesabat sabah ictimaiyyətə təqdim olunacaq.
Nyu-Yorkdan ayrılarkən jurnalistlərin suallarını cavablandıran Tramp yaxın günlərdə İranla mümkün razılaşma ilə bağlı vəziyyətə daha çox aydınlıq gələcəyini söyləyib.
Prezidenti qeyd edib ki, İranla danışıqlar davam edir və proses müsbət istiqamətdə irəliləyir.
Tramp həmçinin vurğulayıb ki, dəniz blokadası qüvvədə qalır və bu siyasətdə hər hansı dəyişiklik nəzərdə tutulmur.
11:47 09.06.2026
Oxunuş sayı: 58