KXDR və Çin arasında əməkdaşlıq daha da dərinləşir
Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In və Çin Xalq Respublikasının sədri Si Cinpin Pxenyanda keçirilən görüş zamanı iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəliblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər görüşdə ikitərəfli münasibətlərin inkişafını, regional təhlükəsizlik məsələlərini və beynəlxalq gündəmdəki aktual prosesləri müzakirə ediblər.
Liderlər KXDR ilə Çin arasında strateji koordinasiyanın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi niyyətlərini bir daha təsdiqləyiblər.
Görüş zamanı tərəflər, həmçinin KXDR və Çin arasında imzalanmış "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"-nin 65-ci ildönümünün qeyd olunması məqsədilə birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Bildirilib ki, bu addımlar iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
11:28 09.06.2026
Oxunuş sayı: 54