Aİ-nin vahid ordusunun yaradılmasına qarşı çıxdı
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin vahid ordusunun yaradılması ideyasına qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, bildirib ki, birliyə üzv olan hər bir dövlətin artıq öz ordusu mövcuddur. K.Kallasın sözlərinə görə, Aİ ölkələrinin 23-ü eyni zamanda NATO üzvüdür.
O, qeyd edib ki, alyansın sərəncamına verilən silahlı qüvvələr başqa məqsədlər üçün istifadə oluna bilməz. Bu səbəbdən paralel olaraq daha bir ümumi ordunun yaradılması məqsədəuyğun deyil.
K.Kallasın fikrincə, mövcud müdafiə strukturları fonunda ayrıca Aİ ordusunun formalaşdırılması praktiki baxımdan məna kəsb etmir.
10:47 09.06.2026
Oxunuş sayı: 57