Zelenski: Azərbaycan Rusiyanın təsirində deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın digər ölkələrdəki siyasi təsirinin zəiflədiyini bəyan edib.
Crossmedia.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Ukrayna lideri Azərbaycanın Rusiyanın təsirindən asılı olmayan müstəqil dövlət olduğunu vurğulayıb. O, həmçinin Ermənistanda keçirilən parlament seçkilərini “Ermənistanın müstəqilliyi üçün böyük uğur” kimi qiymətləndirib.
Zelenskinin sözlərinə görə, Rusiya artıq Moldova üzərindəki təsirini də itirib.
“Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmirlər. Çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir”, – deyə o bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, ölkəsinin Avropa Birliyinə üzvlüyü Rusiya üçün, xüsusilə Qafqaz regionunda daxili problemlər yarada bilər. Onun fikrincə, bu halda Rusiyada yaşayan müxtəlif xalqlar daha çox suallar verməyə başlayacaqlar.
11:07 09.06.2026
Oxunuş sayı: 58