ABŞ qoşunları İsrailin İran və Livana son hücumlarına qoşulmayıb
ABŞ hərbçiləri İsrailin İran və Livana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlarda iştirak etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ yalnız İsraildə yerləşən öz hərbi qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə raket əleyhinə müdafiə sistemlərini işə salaraq hava hədəflərinin qarşısını almaq üçün kəsici raketlər buraxıb.
Nəşr qeyd edir ki, Vaşinqtonun bu addımı ABŞ administrasiyasının İsrailin Livan və İrana endirdiyi son zərbələrdən narazı olduğuna dair siqnal kimi qiymətləndirilir.
09:52 09.06.2026
Oxunuş sayı: 59