Vaşinqtondan Moskvanı qəzəbləndirəcək açıqlama
ABŞ BMT-də Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin strateji uğursuzluqla nəticələndiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki səfiri Den Neqrea çıxışı zamanı danışıb.
Diplomat bildirib ki, Rusiyanın işğalı Moskvanın gözlədiyi nəticələri verməyib.
“Rusiyanın işğalı strateji uğursuzluq idi. Onun neft emalı zavodları yanır. Moskva döyüş meydanında məqsədlərinə çata bilmir. Gərginlik bunu dəyişdirməyəcək və yalnız daha da pisləşən fəlakət riskini yaradacaq. Bu müharibə dərhal başa çatmalıdır”, – deyə o vurğulayıb.
Den Neqrea həmçinin Kremlin müttəfiqlərinə müraciət edərək, xüsusilə İran və Kubanı Rusiyaya dəstəyi dayandırmağa çağırıb. ABŞ nümayəndəsinin sözlərinə görə, müharibənin uzanması regionda və dünyada təhlükəsizlik risklərini artırır.
10:07 09.06.2026
Oxunuş sayı: 57