ABŞ: İrana qarşı sanksiyaların ləğvi Tehranın addımlarından asılı olacaq
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Biqot Vaşinqtonun İranla bağlı mövqeyinə aydınlıq gətirib.
Crossmedia.az xəbər verir ki, o, “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, ABŞ administrasiyası Barak Obama dövründə imzalanmış nüvə sazişini İranın nüvə silahı əldə etməsinə imkan yaradan mexanizm kimi qiymətləndirir. Biqotun sözlərinə görə, Prezident Donald Trampın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin tamamilə qarşısını almaqdır.
O, vurğulayıb ki, Vaşinqton mümkün razılaşma çərçivəsində əvvəlcədən və ya dərhal güzəştlərə getməyi planlaşdırmır.
T. Biqot qeyd edib ki, İrana qarşı sanksiyaların ləğvi və ya dondurulmuş aktivlərə çıxışın bərpası yalnız Tehranın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsindən və bunu konkret addımlarla sübut etməsindən sonra mümkün olacaq.
09:45 09.06.2026
Oxunuş sayı: 62