Vens: ABŞ İsrailin etirazlarına baxmayaraq İranla danışıqları davam etdirəcək
ABŞ İranla danışıqları, o cümlədən nüvə proqramı ilə bağlı mümkün razılaşma istiqamətində səylərini İsrailin mövqeyindən asılı olmayaraq davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində bildirib.
Vens qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı problemin uzunmüddətli həllinə nail ola biləcəyinə inanır.
“Bu, İsrailin xoşuna gələ də bilər, gəlməyə də bilər. Lakin biz prinsipial olaraq hesab edirik ki, belə bir addım ABŞ-ın milli maraqlarına uyğundur. Buna görə də bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq”, – vitse-prezident vurğulayıb.
O əlavə edib ki, Tehranın əldə olunacaq razılaşmanın şərtlərinə real şəkildə əməl etməsi onun effektivliyinin əsas göstəricilərindən biri olacaq.
09:34 09.06.2026
Oxunuş sayı: 60