Livan rəsmisi İrana qarşı: Müharibə deyil, siyasi həll istəyirik
Livanın ədliyyə naziri Asel Nəssar ölkəsinin yeni münaqişələrə cəlb olunmasına qarşı olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, Livanın əlindəki “danışıqlar kartı”nın zəiflədilməsi İranın maraqlarına xidmət edir. O, həmçinin İranın Livanı qeyri-bərabər və sonu görünməyən bir müharibəyə sürükləmək istədiyini iddia edib.
Asel Nəssar vurğulayıb ki, Livanın davamlı müharibələrə cəlb olunmasının və ölkənin “İranın planlarına tabe etdirilməsinin” əleyhinədir. Onun fikrincə, Livan milli maraqlarını qoruyaraq sabitlik və siyasi həll yoluna üstünlük verməlidir.
09:11 09.06.2026
Oxunuş sayı: 62