Qalibaf Trampı razılaşdırılmış şərtləri pozmaqda ittiham edib
İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampı əldə olunmuş razılaşmanın şərtlərini pozmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qalibaf bildirib ki, Vaşinqtonun bu addımları ABŞ-nin nə atəşkəsə, nə də real və konstruktiv dialoqa sadiq olduğunu göstərir. Onun sözlərinə görə, bu cür davranışlar tərəflər arasında etimadın formalaşmasına mane olur.
08:17 09.06.2026
Oxunuş sayı: 50