İran hava məkanında bütün məhdudiyyətləri ləğv edib
İran öz hava məkanında tətbiq edilən bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Crossmedia.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatı ölkə hava məkanında əvvəllər tətbiq olunan bütün məhdudiyyətlərin ləğv edildiyini açıqlayıb.
Qurumun məlumatına görə, bundan sonra hava məkanı tam şəkildə kommersiya və digər uçuşlar üçün açıq olacaq.
22:42 08.06.2026
Oxunuş sayı: 299