Netanyahu: İsrail İrana qarşı hücumları dayandırıb
Netanyahu İsrailin İrana qarşı zərbələrini dayandırdığını bildirdi
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
O qeyd edib ki, İsrail hücumlara cavab olaraq İranın hərbi və iqtisadi obyektlərinə zərbələr endirib, eləcə də Hizbullahın bir sıra infrastrukturunun və rəhbərliyinin məhv edildiyini bildirib.
Netanyahu vəziyyətin gərgin olaraq qaldığını vurğulayıb və xəbərdarlıq edib ki, hücumlar yenidən başlayacağı təqdirdə İsrail "sərt şəkildə" cavab verəcək.
O, ölkəsinin özünümüdafiə hüququnu bir daha təsdiqləyib.
21:49 08.06.2026
Oxunuş sayı: 256