Kreml Paşinyanın seçki qələbəsinin kölgədə qalmasına çalışır
Rusiya Prezidenti Vladimir Putinin Administrasiyasının Ermənistanda keçirilən seçkilərin işıqlandırılması ilə bağlı hakimiyyətə yaxın media qurumlarına tövsiyələr göndərdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.
Məlumata görə, tövsiyələrdə jurnalistlərə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının 50 faizdən az səs toplamasını ön plana çıxarmaq və bunu seçkilərdə qələbəyə baxmayaraq “məğlubiyyət” kimi təqdim etmək tövsiyə olunub.
Bundan əlavə, media qurumlarına seçki prosesi zamanı qeydə alındığı bildirilən pozuntularla bağlı xəbərlərə daha çox diqqət ayırmaq tövsiyə edildiyi qeyd olunur.
Rusiya rəsmiləri sözügedən iddialarla bağlı hələlik açıqlama verməyiblər.
21:14 08.06.2026
Oxunuş sayı: 51