Ukrayna hərbçilərinin hazırlıq proqramında gözlənilməz dəyişiklik
Niderland Böyük Britaniyanın rəhbərlik etdiyi və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin hazırlanmasını nəzərdə tutan Interflex proqramında iştirakını dayandırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərarın səbəbləri açıqlanmasa da, proqramın hazırkı mərhələsinin başa çatdığı qeyd olunub.
Məlumata görə, əməliyyatın bu mərhələsində Niderland da daxil olmaqla 14 ölkənin silahlı qüvvələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Interflex proqramı Ukrayna hərbçilərinin təlimi məqsədilə Böyük Britaniyanın təşəbbüsü ilə həyata keçirilir.
21:01 08.06.2026
Oxunuş sayı: 47