İranda bütün uçuşlar ləğv edildi
Bu gün İran Hava Limanları və Hava Naviqasiya Şirkəti ölkənin bütün hava limanlarında uçuşların növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.
Crossmedia.az IRNA agentliyinə istinadən xəbər verir.
Qərar hava hərəkəti bildirişinin (NOTAM) yayımlanması və İranın qərbi üzərində hava məkanının bağlanmasından sonra qəbul edilib.
Bildirilib ki, məhdudiyyətlər çərçivəsində İran hava limanlarından müvəqqəti olaraq heç bir uçuş həyata keçirilmir.
Bundan əvvəl İran və İsrail arasında qarşılıqlı hava hücumları fonunda Xomeyni və Mehrabad hava limanlarının fəaliyyətinin dayandırıldığı, habelə, ölkənin qərb bölgələri üzərində hava məkanının bağlandığı barədə məlumatlar yayılmışdı.
18:40 08.06.2026
Oxunuş sayı: 48