Özbəkistanda güclü partlayış olub: Ölənlər var
Özbəkistanın Qaşqadərya vilayətində qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində altı nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün, iyunun 8-də saat 13:50-də (Bakı vaxtı ilə 12:50) Qaşqadərya vilayətinin yanğından mühafizə xidmətinə məişət qaz balonlarının doldurulması məntəqəsində partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib", – deyə nazirliyin Telegram kanalında yayımlanan məlumatda bildirilir.
18:19 08.06.2026
Oxunuş sayı: 52