Rusiyaya göndərilməyən erməni gülləri digər ölkələrə ixrac olunub
Rusiyaya göndərilməyən erməni gülləri artıq digər ölkələrə ixrac olunub.
Crossmedia.az xəbər verir ki , bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Nazirin sözlərinə görə, məhsullar Ermənistan–Gürcüstan–Türkiyə–Bolqarıstan–Rumıniya–Ukrayna marşrutu ilə yük avtomobilləri vasitəsilə daşınır və yeni ixrac istiqamətlərinin formalaşdırılması prosesi mərhələli şəkildə davam edir.
Papoyan əlavə edib ki, meyvə və tərəvəz ixracı ilə bağlı da yeni bazarlar üzərində iş aparılır.
Onun sözlərinə görə, hazırda bir sıra şirkətlər məhsulların Yunanıstana ixracı istiqamətində fəaliyyət göstərir və tərəflər arasında razılıq əldə olunub. Hazırda yalnız bəzi texniki məsələlərin həlli qalır.
17:53 08.06.2026
Oxunuş sayı: 61