Latviya Prezidenti Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib
Latviya Prezidenti Edqars Rinkeviç Ermənistanın Baş naziri Nikol Paşinyan Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
E. Rinkeviç bildirib ki, Ermənistan təhdidlərə və qorxutma cəhdlərinə baxmayaraq öz demokratik inkişaf yolunu seçib.
“Baş nazir Nikol Paşinyanı parlaq seçki qələbəsi münasibətilə təbrik edirəm. Ermənistan təhdidlərə və qorxutma cəhdlərinə baxmayaraq öz demokratik yolunu seçib. Latviya sizi qətiyyətlə dəstəkləyir və Ermənistanla Avropa Birliyi arasında daha sıx əlaqələrin qurulmasının tərəfdarıdır”, – deyə o vurğulayıb.
16:17 08.06.2026
Oxunuş sayı: 42