Makron Paşinyanı təbrik edib
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Makron mesajında Paşinyanla əməkdaşlığın davam etdirilməsindən məmnun olduğunu bildir
“Xalqlarımızın rifahı naminə əməkdaşlığımızı daha da gücləndirmək, Ermənistanın sülhünü və suverenliyini dəstəkləmək, həmçinin ölkənin Avropaya yaxınlaşmasına töhfə vermək üçün Sizinlə işi davam etdirməkdən məmnunam”, – deyə Fransa liderinin müraciətində qeyd olunub.
15:53 08.06.2026
Oxunuş sayı: 59