Tramp İsrail və İranı atəşi dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında artan gərginlik fonunda hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial şəbəkəsində paylaşdığı mesajda münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
“İsrail və İran atəşi dərhal dayandırmalıdır”, – deyə prezident bildirib.
Trampın bu çağırışı regionda gərginliyin yüksəldiyi və qarşılıqlı hücumların davam etdiyi bir vaxta təsadüf edir.
15:47 08.06.2026
Oxunuş sayı: 53