Peskov: Kiyev sülh prosesini ləngitməyə çalışır
Ukrayna Silahlı Qüvvələrinin Krımda sərnişin qatarına endirdiyi zərbə sülh nizamlanmasına keçid cəhdlərini ciddi şəkildə çətinləşdirir.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kiyev rejimi sülh yolu ilə nizamlanma prosesini ləngitmək üçün əlindən gələni edir.
Peskov qeyd edib ki, bu cür addımlar münaqişənin diplomatik yolla həlli istiqamətində göstərilən səylərə mənfi təsir göstərir.
15:08 08.06.2026
Oxunuş sayı: 52