Ukrayna-Rusiya müharibəsində sürpriz fiqur – Patriarx vasitəçi olur
ABŞ Prezidenti Donald Trampın Ukrayna-Rusiya münaqişəsi ilə bağlı danışıqlarda yeni vasitəçilik təşəbbüsü irəli sürdüyü bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Tramp Qüds Yunan Pravoslav Patriarxı III Teofilosun Ukrayna-Rusiya danışıqlarında ikinci vasitəçi qismində iştirak etməsi ilə bağlı razılıq əldə edib.
Məlumata əsasən, Tramp və III Teofilos bu məsələni cümə axşamı Ağ Evdə keçirilən görüş zamanı müzakirə ediblər. Bildirilir ki, tərəflər iyunun sonunadək Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün təşkili imkanlarını da nəzərdən keçiriblər.
Mənbələr qeyd edir ki, III Teofilosun vasitəçi kimi üstünlüyü onun siyasi fiqur deyil, dini və mənəvi nüfuza malik şəxs olması ilə əlaqələndirilir.
Qeyd olunur ki, Qüds Patriarxı pravoslav dünyasında nüfuzlu sima hesab edilir və daha əvvəl müxtəlif diplomatik və humanitar təşəbbüslərdə iştirak edib. O, həmçinin Rusiya ilə İsrail arasında aparılan bəzi humanitar danışıqlarda vasitəçilik missiyası yerinə yetirib.
Bununla bağlı rəsmi tərəflərdən hələlik əlavə açıqlama verilməyib.
16:40 08.06.2026
Oxunuş sayı: 42