Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşacağına ümid edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam normallaşacağını gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mirzoyanın sözlərinə görə, hazırda Türkiyə ilə Ermənistan arasında gömrük baxımından birbaşa ticarət mövcuddur. Lakin coğrafi baxımdan bu ticarət hələ də üçüncü ölkələrin ərazisi üzərindən həyata keçirilir.
Nazir qeyd edib ki, münasibətlərin tam normallaşması iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
14:33 08.06.2026
Oxunuş sayı: 48