Ermənistan cəmiyyətində qütbləşmə pik həddə çatıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən son seçkilərin ölkə cəmiyyətində ciddi siyasi qütbləşməni ortaya qoyduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova seçkilərin nəticələrini şərh edərkən Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına dəstəyin əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.
Onun sözlərinə görə, səsvermənin nəticələri Ermənistan cəmiyyətində fərqli siyasi baxışlar arasında dərin fikir ayrılıqlarının mövcud olduğunu göstərib.
Rusiya XİN rəsmisi vurğulayıb ki, son seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini açıq şəkildə nümayiş etdirib.
Zaxarova seçkilərin nəticələrinin ölkənin gələcək siyasi proseslərinə təsir göstərə biləcəyini də istisna etməyib.
14:50 08.06.2026
Oxunuş sayı: 54