Bəqayi: Biz vurduğumuzu gizlətmirik
İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına hücumla bağlı yayılan məlumatları təkzib edib və ölkənin hərbi əməliyyatları ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İran Silahlı Qüvvələrinin həyata keçirdiyi istənilən əməliyyatın açıq şəkildə elan olunduğunu bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı ərazisinə hücumla bağlı indiyədək heç bir rəsmi açıqlama verilməyib.
Bəqayi regionda gərginliyin artdığı dövrdə “yalançı bayraq” əməliyyatları və dezinformasiya risklərinə diqqət çəkərək, əvvəlki münaqişələrdə bu tip iddiaların tərəflər arasında qarşıdurma yaratmaq məqsədi daşıdığını bildirib.
XİN sözçüsü vurğulayıb ki, İran hara zərbə endirirsə, bunu açıq şəkildə ictimaiyyətə elan edir.
14:08 08.06.2026
Oxunuş sayı: 48