Tehranda partlayış səsləri eşidilib
İranda bir neçə istiqamətdə partlayış səslərinin eşidildiyi barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, İran mediası Tehran şəhərinin qərb, cənub və şərq hissələrində ardıcıl partlayış səslərinin qeydə alındığını bildirib.
Məlumata görə, şəhərin müxtəlif ərazilərində bir neçə partlayış səsi eşidilib və vəziyyətlə bağlı narahatlıq yaranıb.
Eyni zamanda bəzi yerli mənbələr həmin ərazilərdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü və havada naməlum hədəflərə qarşı fəaliyyət göstərildiyini qeyd ediblər.
Hadisənin səbəbləri və mümkün nəticələri ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
14:00 08.06.2026
Oxunuş sayı: 48