İsrail İranı vurdu – Strateji sistemlər sıradan çıxdı
İsrailin İranın hava hücumundan müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirdiyi barədə məlumat yayılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsinin İran ərazisində yerləşən strateji müdafiə sistemlərinə hücum həyata keçirdiyi bildirilib.
Məlumata görə, əməliyyat nəticəsində İranın müxtəlif bölgələrində yerləşdirilən hava hücumundan müdafiə sistemləri hədəfə alınıb və zərər görüb.
Açıqlamada qeyd olunur ki, həmin sistemlər “Aslanın nəriltisi” əməliyyatı çərçivəsində zədələnmiş aşkarlama və müdafiə imkanlarının bərpası məqsədilə yerləşdirilmişdi.
Bildirilib ki, hücumların İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat imkanlarını daha da genişləndirdiyi iddia olunur.
13:53 08.06.2026
Oxunuş sayı: 52