Bab əl-Məndəb boğazı bağlanıb
Bab əl-Məndəb boğazının bağlandığı barədə məlumat yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, Yəmən İsrailə məxsus gəmilərin Qırmızı dənizə girişini qadağan edib.
Məlumata görə, Bab əl-Məndəb boğazı Qırmızı dənizin cənub hissəsində yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Şərqdən Yəmən, qərbdən isə Cibuti və Eritreya ilə həmsərhəddir.
13:30 08.06.2026
Oxunuş sayı: 47