İran hücumlarda ABŞ-ni günahlandırdı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail və ABŞ arasında koordinasiya ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, İsmayıl Bəqayi mətbuat konfransında İsrailin həyata keçirdiyi əməliyyatların ABŞ ilə koordinasiya olmadan baş verdiyinə inanan olmadığını bildirib.
Onun sözlərinə görə, regionda İsrailin istənilən hərəkətinin ABŞ ilə əvvəlcədən əməkdaşlıq və razılaşma olmadan həyata keçirildiyi barədə iddialar real vəziyyəti əks etdirmir.
Bəqayi qeyd edib ki, ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İsraillə həm müdafiə, həm də hücum sahələrində koordinasiyalı fəaliyyət göstərir.
XİN sözçüsü, həmçinin ABŞ-ni 8 aprel atəşkəs prosesi ilə bağlı məsuliyyət daşımaqda ittiham edib və bölgədə gərginliyin artmasına görə Vaşinqtonu günahlandırıb.
13:15 08.06.2026
Oxunuş sayı: 53