Əraqçı ardıcıl telefon danışıqları aparıb
İranın xarici işlər naziri Abbas Əraqçı fransalı həmkarı Jan-Noel Barrot və qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, müzakirələr zamanı Livan cəbhəsindəki son vəziyyət, Yaxın Şərqdə artan gərginlik və İsrail–İran xəttində müşahidə olunan qarşıdurma əsas diqqət mərkəzində olub.
Qətər tərəfi ABŞ və İran arasında vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayaraq bölgədə eskalasiyanın qarşısının alınmasına yönəlmiş diplomatik təşəbbüslərə dəstək ifadə edib.
Diplomatik təmasların regionda gərginliyin azaldılmasına yönəldiyi bildirilir.
13:23 08.06.2026
Oxunuş sayı: 53