7,8 ballıq zəlzələ sonrası ilk görüntülər: Ölənlər var
Filippində güclü zəlzələ baş verib, ölənlər var.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Filippində 7,8 bal gücündə dağıdıcı zəlzələ qeydə alınıb.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib. Zəlzələdən sonra sahil bölgələrində hündürlüyü 1,4 metrə çatan sunami dalğaları müşahidə olunub.
Səlahiyyətli qurumlar mümkün əlavə dağıntılar və itkilərlə bağlı qiymətləndirmələrin davam etdiyini bildiriblər.
Hadisə ilə əlaqədar əhaliyə təhlükəsizlik tədbirlərinə riayət etmək və rəsmi qurumların xəbərdarlıqlarını izləmək tövsiyə olunub.
10:05 08.06.2026
Oxunuş sayı: 51