Paşinyanın partiyası yarıdan çox səs topladı – Son rəqəmlər AÇIQLANDI
Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin sayılması davam edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, seçki məntəqələrinin 92,47%-i üzrə bülletenlərin hesablanmasından sonra Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi Partiyası" 50,13% səslə liderliyini qoruyur.
İkinci yerdə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" siyasi qüvvəsi 23,34% səs toplayıb.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 9,81% səslə üçüncü, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan Partiyası" isə 4,01% səslə dördüncü yerdə qərarlaşıb.
Səslərin hesablanması davam edir və yekun nəticələrin daha sonra açıqlanacağı gözlənilir.
09:20 08.06.2026
Oxunuş sayı: 62