İsti havalarda diqqət! Bu qidalar öldürə bilər
Yay mövsümünün yaxınlaşması ilə birlikdə qida zəhərlənmələri riskinin artdığı müşahidə olunur. İsti hava şəraiti ərzaq məhsullarının tez xarab olmasına və bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Nəticədə, düzgün saxlanılmayan və gigiyenik qaydalara əməl olunmadan hazırlanan qidalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Xüsusilə açıq şəkildə satılan, soyuducu şəraiti olmayan məhsullar bu baxımdan daha riskli hesab olunur. Bildirmək lazımdır ki, İsti aylarda qida təhlükəsizliyinə daha həssas yanaşmağın vacibdir.
Qida eksperti Fərid Səfərov yayda zəhərlənməyə gətirib çıxaran qidalar barədə Crossmedia.az-a açıqlama verib:
"Yay aylarında havanın temperaturunun yüksəlməsi bakteriyaların və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu səbəbdən bəzi qidalar isti havalarda daha tez xarab olur və düzgün saxlanılmadıqda qida zəhərlənmələrinə səbəb ola bilər. Yay mövsümündə ən çox risk yaradan qidalar sırasında ət və ət məhsulları ilk yerlərdədir. Xüsusilə açıq havada uzun müddət saxlanılan kabab, dönər, qiymə və digər ət məhsullarında bakteriyaların sürətlə çoxalması mümkündür. Eyni zamanda süd, qatıq, pendir, qaymaq kimi süd məhsulları da soyuq zəncir pozulduqda təhlükə yarada bilər".

Ekspert əlavə edib ki, toyuq əti və yumurta da qida zəhərlənmələri ilə daha çox əlaqələndirilən məhsullardandır:
"Bu qidalar kifayət qədər bişirilmədikdə və ya düzgün saxlanılmadıqda Salmonella kimi bakteriyalar insan sağlamlığı üçün risk yarada bilər. Mayonezli salatlar, kremli tortlar, şirniyyatlar və müxtəlif souslar da yay aylarında diqqət tələb edən qidalar sırasındadır. Bu məhsulların isti mühitdə bu kimi saxlanılması bakteriyaların sürətlə artmasına səbəb ola bilər. Meyvə və tərəvəzlər ümumiyyətlə sağlam qidalar hesab olunsa da, yaxşı yuyulmadıqda və ya çirklənmiş su ilə təmasda olduqda bağırsaq infeksiyalarına yol aça bilər. Xüsusilə kəsilmiş qarpız, yemiş və digər meyvələrin açıq havada uzun müddət saxlanılması təhlükə yarada bilər".
F.Səfərov alıcılara zəhərlənmələrin qarşısını almaq üçün tövsiyələrini bildirib:
"Qida zəhərlənmələrinin qarşısını almaq üçün qidaları uyğun temperaturda saxlamaq, tez xarab olan məhsulları uzun müddət otaq temperaturunda qoymamaq, meyvə və tərəvəzləri yaxşı yumaq, həmçinin ət və yumurtanı b ki tam bişirmək vacibdir. Yay mövsümündə qida təhlükəsizliyi qaydalarına riayət ki ki etmək etmək həm uşaqları, həm yaşlıları, həm də ümumilikdə bütün ailə üzvlərini qida mənşəli xəstəliklərdən qorumağa kömək edir".
Fatimə Məmmədova
11:05 05.06.2026
Oxunuş sayı: 53