Dövlət dəstəyi ilə istehsal olunacaq filmlər üçün müsabiqə başlayır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi" elan edir!
Müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.
Reqlamentlə tanışlıq və Müsabiqəyə müraciət üçün aşağıdakı linklərdən keçid edə bilərsiniz. Müraciət qəbulunun başlanma tarixi 1 iyun 2026-cı il.
21:25 26.05.2026
Oxunuş sayı: 49