Tramp: İranın düzgün cavab verməsi üçün gözləyə bilərik
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran sülh razılaşmasına yanaşmazsa, ABŞ mümkün hərbi addımlara hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Trampın sözlərinə görə, Vaşinqton hazırda diplomatik cavabı gözləyir və “düzgün cavablar” almaq üçün bir neçə gün müddət tanımağa hazır ola bilər.
ABŞ prezidenti qeyd edib: “Düzgün cavablar almasaq, hər şey çox tez bitəcək. Hamımız hərəkətə keçməyə hazırıq. Düzgün cavablar almalıyıq.”
12:56 21.05.2026
Oxunuş sayı: 111