Tramp Həcc dövrünə görə İrana hücumu təxirə salıb
ABŞ prezidenti Donald Tramp İrana planlaşdırılan hücumu müvəqqəti təxirə salıb.
Crossmedia.az xəbər verir ki, “Middle East Eye” nəşri adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, qərar region ölkələrinin Vaşinqtona etdiyi xəbərdarlıqlardan sonra verilib. Bildirilir ki, bəzi Yaxın Şərq dövlətləri Həcc dövründə mümkün hərbi əməliyyatların milyonlarla zəvvarın hərəkətinə və regiondakı sabitliyə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.
Qeyd olunur ki, Həcc mərasimi yaxın günlərdə başlayır və gələn həftənin sonuna qədər davam edəcək. Mənbələr həmçinin bildirir ki, Həcc dövründən sonra ABŞ-nin İrana qarşı hərbi planlarının yenidən gündəmə gələ biləcəyi istisna edilmir.
“Middle East Eye” həmçinin iddia edir ki, ABŞ daha əvvəl də İran rəsmilərində yanlış təhlükəsizlik hissi yaratmaq üçün müxtəlif aldatma taktikasından istifadə edib.
12:25 21.05.2026
Oxunuş sayı: 103