Hörmüz boğazı üçün hərbi missiya müzakirə olunur
NATO daxilində İranın Hörmüz boğazında mümkün blokadası ilə bağlı hərbi ssenari müzakirə edilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, NATO ölkələri İran iyulun əvvəlinə qədər Hörmüz boğazında kommersiya gəmiçiliyinə maneəni aradan qaldırmasa, bölgədə xüsusi hərbi-dəniz missiyasının başladılmasını nəzərdən keçirir.
Məlumata əsasən, bu təşəbbüs artıq alyansa üzv bəzi ölkələr tərəfindən dəstəklənir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Planın əsas müzakirəsinin 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində aparılacağı bildirilir.
NATO-nun Avropadakı birgə qüvvələrinin ali baş komandanı Alexus Grynkewich bildirib ki, belə bir əməliyyat ssenarisi gündəmdədir və ilkin siyasi qərardan sonra planlaşdırma mərhələsinə keçilə bilər.
Eyni zamanda alyans daxilində qeyd olunur ki, bölgədə təhlükəsiz gəmiçiliyin tam təmin edilməsi çətin ola bilər və əvvəlki oxşar cəhdlər də uzunmüddətli nəticə verməyib.
12:00 21.05.2026
Oxunuş sayı: 116