İran Hörmüz boğazında nəzarət zonasını elan edib
İran Hörmüz boğazında yeni nəzarət zonasının yaradıldığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fars Körfəzi Boğazı Administrasiyası” (PGSA) bəyanat yayıb.
Məlumata görə, yeni zona Hörmüz boğazının şərq hissəsində İrandakı Mübarək dağı ilə BƏƏ-nin cənubundakı Füceyrə limanı arasında uzanan xəttdən başlayaraq, qərbdə Qeşm adası ilə Ümm əl-Küveyn arasındakı əraziyə qədər uzanır.
Qurumun açıqlamasına görə, bu zonadan keçən ticarət və yük gəmiləri üçün əvvəlcədən koordinasiya və xüsusi icazə alınması tələb olunacaq.
Qərarın Hörmüz boğazında dəniz hərəkətliliyinə və regional ticarət marşrutlarına təsir göstərə biləcəyi bildirilir.

11:14 21.05.2026
Oxunuş sayı: 114