Ermənistanda qalmaqal: Paşinyana qarşı təhdid paylaşımı edən şəxs həbs olunub
Ermənistanda separatçı Artur Osipyanın həbs olunduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın vəkili Roman Yeritsyan sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, mayın 18-də İrəvanda hakim “Mülki Müqavilə” partiyasının lideri, baş nazir Nikol Paşinyan seçki kampaniyası çərçivəsində insanlarla görüşərkən Artur Osipyan ona yaxınlaşıb. Tərəflər arasında qısa mübahisə yaranıb və Osipyan ətrafdakılar tərəfindən uzaqlaşdırılıb.
Daha sonra parlamentin sədri Alen Simonyan hadisədən əvvəl Osipyanın sosial şəbəkədə etdiyi paylaşımı Paşinyana göstərib. Həmin paylaşımda Osipyanın “Kim Nikolun harada olduğunu bilirsə, mənə deyin, mən onu tapıb lələklərini qopararam” sözlərini yazdığı iddia olunur.
Erməni KİV-lərinin məlumatına görə, bundan sonra Artur Osipyan saxlanılıb və onun Facebook səhifəsi silinib. O, artıq iki aydır həbsdə saxlanılır.
11:06 21.05.2026
Oxunuş sayı: 107