Tramp: Ərdoğanla xüsusi münasibətimiz var, o böyük müttəfiqdir
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə münasibətlərini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp bildirib ki, Ərdoğanla çox yaxşı söhbəti olub və iki lider arasında güclü şəxsi münasibətlər mövcuddur:
“Prezident Rəcəb Tayyib Ərdoğan ilə çox yaxşı söhbətim oldu. Çox yaxşı münasibətimiz var. Çox sərt insanlarla münasibət qurmağım gözəl deyilmi? O, sərt insandır, amma mənim onunla heç kimin olmayan münasibətim var.
O, əslində yaxşı iş gördü. Məncə, bir çox cəhətdən müttəfiq olub. Bəzi insanlar buna şübhə edə bilər, amma düşünürəm ki, o, böyük müttəfiqdir və xalqı ona hörmət edir. Xalqı ona çox hörmət edir,” – deyə Donald Tramp qeyd edib.
10:58 21.05.2026
Oxunuş sayı: 106