Kastroya qarşı ittiham irəli sürülüb
ABŞ hakimiyyəti Kuba İnqilabının liderlərindən olan Raul Kastroya qarşı ittiham irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Nəşrin məlumatına görə, ABŞ prokurorluğu 94 yaşlı keçmiş Kuba lideri Raul Kastro və daha bir neçə keçmiş hərbçini 1996-cı ildə baş vermiş hadisələrlə bağlı ittiham edib. Həmin vaxt Kuba hərbi təyyarələrinin ABŞ-dən olan mühacir qruplarına məxsus iki təyyarəni vurması nəticəsində 4 nəfər həlak olmuşdu.
10:50 21.05.2026
Oxunuş sayı: 108