Qazaxıstan məhkəməsi “Qazprom”la bağlı qərar verib
Qazaxıstan məhkəməsi Rusiyanın "Qazprom" şirkətindən Ukraynanın "Naftoqaz" şirkətinin xeyrinə 1,4 milyard dolların məcburi şəkildə yığılmasına icazə verib.
Crossmedia.az xəbər verir ki, qərar beynəlxalq arbitrajın hökmündən sonra qəbul olunub.
Bu barədə “Naftoqaz”-ın İdarə Heyətinin sədri Sergey Koretski məlumat verib.
Məlumata görə, qərar Ukraynanın xeyrinə kompensasiya mexanizminin tətbiqi çərçivəsində icra olunacaq.
10:03 21.05.2026
Oxunuş sayı: 120