Rusiya və Belarusdan nüvə mesajı
Rusiya Belarusa nüvə başlıqlarının çatdırılmasını nümayiş etdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Rusiya Müdafiə Nazirliyi nüvə silahlarının Belarusdakı raket briqadalarının anbarlarına yerləşdirildiyini açıqlayıb.
Məlumata görə, bu addım Belarus hərbçilərinin “xüsusi döyüş sursatları” ilə təchiz edilmiş reaktiv daşıyıcılarla təlimləri çərçivəsində həyata keçirilib.
Bildirilib ki, təlim zamanı bölmələrin gizli yerləşdirilməsi və mümkün buraxılışlara hazırlıq prosesləri də məşq olunub.
09:51 21.05.2026
Oxunuş sayı: 120