Eqisto Ott 4 ildən çox həbs cəzası alıb
Keçmiş Avstriya kəşfiyyatçısı Eqisto Ott Rusiyaya casusluqda təqsirli bilinib.
Crossmedia.az xəbər verir ki, Vyana məhkəməsi 63 yaşlı Ottu Rusiya kəşfiyyatına və müflisləşmiş Alman ödəniş şirkəti "Wirecard"-ın keçmiş rəhbəri Yan Marsalekə məlumat ötürməkdə günahkar hesab edib.
Məlumata görə, Ott ittihamları rədd etsə də, məhkəmənin qərarı ilə 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
09:43 21.05.2026
Oxunuş sayı: 113