Ukrayna dronları Rusiyanın neft zavodunu hədəf alıb
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Samara vilayətində yerləşən Sızrannə hücum edib.
Crossmedia.az xəbər verir ki, vilayət qubernatoru hadisə nəticəsində iki nəfərin öldüyünü açıqlayıb.
Ukraynaya yaxın Teleqram kanalları isə şəhərdə yerləşən neft emalı zavodunun hədəfə alındığını bildirib və yanğının görüntülərini yayıb.
Məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə Qoşunları bir gecə ərzində Rusiya regionları və Xəzər dənizi üzərində Ukraynaya məxsus 121 pilotsuz təyyarənin vurulduğunu bildirib.

09:22 21.05.2026
Oxunuş sayı: 111