ABŞ “Skywave” tankerini saxlayıb
ABŞ Hərbi Qüvvələri Hind okeanında İranla əlaqəli olduğu iddia edilən “Skywave” adlı neft tankerini saxlayıb.
Crossmedia.az -ın məlumatına görə, “The Wall Street Journal” üç ABŞ rəsmisinə istinadən xəbər verir ki, sanksiya altında olan tanker bu ilin fevral ayında İranın Xarq adasında 1 milyon bareldən çox xam neftlə yüklənib və daha sonra Malayziya yaxınlığında hərəkət edib.
Nəşr bildirir ki, bu addım ABŞ-nin İranın “kölgə donanması” kimi tanınan neft daşımaları şəbəkəsinə qarşı həyata keçirdiyi əməliyyatların bir hissəsidir. Qeyd olunur ki, bu, Vaşinqton tərəfindən tanker ələ keçirilməsi ilə bağlı üçüncü belə hadisədir.
WSJ əlavə edir ki, bu əməliyyat ABŞ-nin İran limanlarına qarşı birbaşa blokada tədbirləri ilə əlaqəli deyil.
11:36 20.05.2026
Oxunuş sayı: 110