Putin və Si Cipin Pekində danışıqlara başlayıb
Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının lideri Si Cinpin Pekində danışıqlara başlayıblar.
Crossmedia.az xəbər verir ki, Rusiya lideri görüşün keçirildiyi Böyük Xalq Zalına gəlib və Si Cinpin onu şəxsən qarşılayıb.
Görüşün əvvəlində Putin Çin liderini “əziz dost” adlandırıb və iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfə artıb.
Si Cinpin isə Rusiyanın paytaxtı Moskva ilə Çinin paytaxtı Pekin arasındakı münasibətlərin “xaotik dünyaya sabitlik və proqnozlaşdırıla bilənlik gətirdiyini” deyib. Çin lideri həmçinin iki ölkənin daha ədalətli qlobal idarəçilik sistemi qurmaq üçün birlikdə çalışmalı olduğunu vurğulayıb.
10:46 20.05.2026
Oxunuş sayı: 112